Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AtaBank dünya çempionatında qonaqlara xidmət göstərdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AtaBank dünya çempionatında qonaqlara xidmət göstərdi

5-9 iyun tarixləri arasında, Bakıda Şıxov veloparkında keçirilən BMX velosiped idman növü üzrə dünya çempionatında “AtaBank” ASC AtaMatik səyyar bankomatı ilə iştirakçılara, azarkeş və qonaqlara müxtəlif növ bank xidməti göstərib.

 

5 gün müddətində davam edən çempionatda AtaMatik səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilib. 

 

“AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlının sözlərinə görə, AtaBank hər zaman ölkəmizdə idmanın və turizmin inkişafı məqsədi ilə keçirilən yarışlarda Azərbaycan vətəndaşları ilə yanaşı həm də xarici  qonaqlara innovativ bank xidmətlərindən istifadə etmək imkanı yaradır. Qonaqlar banka gəlmədən yarışın keçirildiyi məkanda AtaMatik səyyar bankomatından istifadə edərək bir sıra bank əməliyyatlarını həyata keçirə bilərlər. 

 

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

11.06.2018 08:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ