Almaniya Avronun dəyərinin çox aşağı olduğunu qəbul edib!
Ötən həftə Trumpın baş ticarət müşaviri Piter Navarronun Almaniyanın "aşağı dəyərli avro" istifadə edərək ABŞ və Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarını "istismar etdiyi" ritorikası bazarları sarsmışdı.
"Marja" xəbər verir ki, Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble, avronun məzənnəsinin Almaniya üçün çox aşağı olduğunu qəbul edib. Schaeuble, Avropa Mərkəzi Bankının (ECB) ekspansionist pul siyasətinin Almaniya iqtisadiyyatının ixracat profisitini çox artırdığını deyib.
Wolfgang Schaeuble "Tagesspiegel" qəzetində yer alan açıqlamasında, "ECB, Avropanın hamısı üçün çalışan bir siyasət aparmalıdır. Pul siyasəti Almaniya üçün çox elastikdir. Avronun məzənnəsi Almaniya iqtisadiyyatının rəqabət gücü mövqeyi üçün çox aşağıdır. ECB Sədri Mario Draghi ekspansionist pul siyasətini ortaya qoyanda bunun Almaniyanın ixrac profisitini artıracağını özünə demişdim" deyə bildirib.
Kansler Merkel isə "Almaniya hər zaman ECB-inin müstəqil siyasətinin olmasını istəmişdir. Almaniya, Avronun dəyərinə təsir edə bilməz" demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 29 d. əvvəl
-
40 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 4 saat əvvəl