Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan holdinqi 123 milyon manatdan çox qazanc açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan holdinqi 123 milyon manatdan çox qazanc açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il “AtaBank”ın tərkibindən çıxdığı “AtaHolding” MMC 2017-ci ili 123 milyon 597 min manat xalis mənfəətlə başa vurub. Halbuki holdinq, 2016-cı ildə 68 milyon 332 min manat zərər açıqlamışdı.

 

“Marja” holdinqin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı ildə 83 milyon 400 min manat təşkil etmiş gəlirlər, 2017-ci ildə 23 milyon 847 min manata düşüb. 23 milyon 847 min manata qarşı satışın maya dəyəri  4 milyon 574 min manat təşkil etdiyindən ümumi mənfəət 19 milyon 272 min manat təşkil edib. Lakin asılı müəssisələrin mənfəətindəki pay üzrə 119 milyon 390 min manatlıq gəlir və 30 milyon 452 min manatlıq maliyyə gəliri əməliyyat gəlirinin artmasını təmin edib.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

“AtaHoldinq”in cəmi aktivləri 2016-cı ilin sonundakı 435 milyon 78 min manatdan 2017-ci ilin sonunda 99 milyon 921 min manata düşüb. Səbəb ötən il “AtaBank”ın “Synergy Group”un tərkibinə keçməsilə əlaqədar olaraq müştərilərə verilmiş 410 milyon 234 min manat kreditlərin bu ilin balansında əks olunmamasıdır.

11.06.2018 11:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ