Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan şirkəti Qırğızıstandan 52 milyonluq sifariş aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Qırğızıstandan 52 milyonluq sifariş aldı

“AzVirt” MMC Qırğızıstanda “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) nəqliyyat dəhlizinin yaxşılaşdırılması layihəsi 3 (Bişkək-Oş avtomobil yolu), Faza 4, Madaniyat-Jalal-Abad hissəsi, 507,5 km.-574,5 km.” layihəsi üzrə podrat müqaviləsi bağlayıb.

 

Mətbuatın məlumatına əsasən, iyunun 12-də Qırğızıstan Nəqliyyat və Yollar Nazirliyi bu layihə üzrə podratçı seçimini başa çatdırıb.

 

Layihəyə dair 4 şirkət təkiflər irəli sürüb: Xinjiang Beixin Road & Bridge Group Co. Ltd (Çin), Gezhouba Group Company (Çin), "Евротракт" Korporasiyası MMC (Rusiya) və “AzVirt” MMC (Аzərbaycan).

 

Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində müqavilənin icrası üçün 51 mln. 662  min dollara yaxın vəsait təklif edən “AzVirt” şirkəti qalib elan edilib. İşlər 36 ay müddətinə başa çatmalıdır.

 

Müqavilədə detallı layihənin hazırlanması və yolun tikintisi nəzərdə tutulur.

 

Madaniyat-Jalal-Abad yolunun yenidənqurulması Faza 4 üzrə Bişkək-Oş avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində həyata keçirilir və Avrasiya İnkişaf Bankı və Qırğızıstan hökuməti tərəfindən maliyyələşdirilir. 

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

© İnterfaks-Azərbaycan

12.06.2018 15:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ