Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Gürcüstan 2 milyarda avtoban inşa edəcək - MÜDDƏT 8 SAATDAN 4 SAATA DÜŞƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan 2 milyarda avtoban inşa edəcək - MÜDDƏT 8 SAATDAN 4 SAATA DÜŞƏCƏK

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” gömrük-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” məntəqəsinə qədər yolu 4-4,5 saat müddətinə qət etmək mümkün olacaq.

 

Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini İrakli Karseladze diplomatik korpus, biznes qurumları və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, bu, Rikoti yolunda avtobanın, eləcə də Kveşeti-Kobi yolunda tunel və avtomobil yolunun inşası hesabına mümkün olacaq: “Rikoti yolu Şərq-Qərb dəhlizinin inkişafında irəliləyiş olacaq. Əgər bu gün Qırmızı körpüdən Sarpiyə qədər olan yolu qət etmək 7-8 saat tələb edirsə, bu müddət 4-4,5 saata qədər azalacaq. Hərəkətin sürəti də artırılacaq, bəzi hallarda isə sürət hətta iki dəfə artacaq”.


ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Nazir müavini Kveşeti-Kobi yolunda 9 kilometrlik tunelin inşasının planlaşdırıldığını və tunel vasitəsilə Stepantsminda istiqamətində istənilən hava şəraitində hərəkətin mümkün olacağını qeyd edib. İ. Karseladze vurğulayıb ki, tikinti işləri ilə bağlı tender bu ay elan olunacaq: “Layihənin dəyəri təxminən 2 milyard dollar təşkil edir. Tikinti işləri 2019-cu ilin yanvarında başlayacaq və 2021-2022-ci illərdə başa çatacaq”. 

 

© APA

13.06.2018 05:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ