Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kritik qərardan öncə Dollar bahalaşır - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kritik qərardan öncə Dollar bahalaşır - GÜNƏ BAXIŞ

FED-in faiz qərarı və Jerom Povelin mətbuat konfransından gələcək gözləntilərlə bağlı çıxışı öncəsi, dolların qiymətlərində bahalaşma müşahidə edilir.


 

Avro, Funt və Lirədə ucuzlaşma ehtimalları güclənir

 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi artıq 1.1750$-ın altında ticarət edilir və bu səviyyənin altında qaldıqca, 1.1700 və 1.1635$-a kimi də ucuzlaşa bilər.

 

GBP/USD məzənnəsi də təzyiq altındadır. Təhlillərə əsasən, GBP/USD valyuta cütlüyünün qiyməti 1.3344$-ı aşağı istiqamətdə qırarsa, 1.3300 və 1.3256$-a kimi də dəyər itirə bilər.

 

Türkiyə maliyyə bazarlarında da lirə təzyiq altındadır. Belə ki, USD/TRY məzənnəsi yenidən bahalaşmağa başlayıb. Hal-hazırda 4.58TL-nin üzərində təkliv edilən məzənnə, 4.60TL-ə kimi də bahalaşaraq, üzərində qalarsa, 4.68TL-ə kimi də bahalaşa bilər.

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

Eyni zamanda, bu gün maliyyə bazarlarında investorların diqqəti Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarına yönəlib və bundan da çox əhəmiyyətli olan, saat 22:30-da baş tutacaq bankın mətbuat konfransıdır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

13.06.2018 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ