Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Palata beynəlxalq təşkilata üzv oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata beynəlxalq təşkilata üzv oldu

“Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə kapital bazarlarının inkişaf etdirilməsi, emitent  və investorların aktivliyinin artırılması strateji hədəfi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər nəticəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) növbəti uğura imza atıb.

 

Reklam_3_11

Palatadan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, 2018-ci ilin 27 aprel tarixində Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Katibliyinə rəsmi qaydada müraciət etmiş Palata IOSCO-nun İdarə heyətinin qərarına əsasən cari ilin iyun ayından təşkilatın Assosiativ üzvlüyünə qəbul edilib.  

 

IOSCO qiymətli kağızlar bazarına nəzarət üzrə qlobal standartları müəyyən edən, bu istiqamətdə tənzimlənmə və nəzarət, risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması, habelə maliyyə bazarlarına təsir edə bilən digər məsələlər üzrə xüsusi əməkdaşlıq platformasını təmin edən beynəlxalq təşkilatdır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

IOSCO-nun üzvü olaraq, Respublikamızı təmsil edən Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə standartların hazırlanması, tətbiqi və beynəlxalq səviyyədə harmonizasiyası prosesində iştirak etmək, həmçinin IOSCO-nun təcrübə mübadiləsi, təlim proqramları və biliklərin bölüşdürülməsi platformasından faydalanmaq imkanı əldə edəcəkdir. Bununla yanaşı Palata IOSCO-nun daxili komitələrində, o cümlədən Prezidentlər komitəsi, Avropa regional komitəsi, İnkişaf etməkdə olan bazarlar komitəsində təmsil olunacaq.  

 

IOSCO-ya üzvlük ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlara uyğunluğunun göstəricisi olmasını nəzərə alaraq, Azərbaycana beynəlxalq investorların cəlbini mümkün edəcəkdir. Bu da, öz növbəsində qiymətli kağızlar bazarının inkişafına töhfə verəcəkdir.

13.06.2018 14:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ