Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fed-in qərarı Dolları bahalaşdırmadı - BU GÜN GÖZLƏR AVROPADADIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in qərarı Dolları bahalaşdırmadı - BU GÜN GÖZLƏR AVROPADADIR

Dünən axşam ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmasından sonra Dollar bahalaşmaq əvəzinə ucuzlaşdı. Bu gün Avro/dollar məzənnəsi yenidən 1.18 səviyyəsini keçib (Saat 07:50-də 1 avro 1.1802 dollara bərabər olub. Fedin qərarından öncə məzənnə 1.17 səviyyələrində idi. Avro bahalaşıb, Dollar ucuzlaşır).

 

Reklam_3_11

Dollar indeksi 0,06% düşərək 93.49 səviyyəsinə geriləyib.

 

Mütəxəssislər bildirirlər ki, Fed-in proqnozlarında bir dəyişiklik yoxdur. Uzunmüddətli inflyasiya, məşğulluq və artım proqnozları eynidir. Yeni olan, bu il faizin 3 dəfə deyil, 4 dəfə artırılacağının gözlənilməsidir. Bu ehtimal da öncədən qiymətlərdə əks olunmuşdu.
 
 
Məzənnələrdə əsl hərəkətin, bu gün faiz qərarını açıqlayacaq Avropa Mərkəzi Bankının (AMB) nə deyəcəyindən asılı olacaqdır.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Bu gün Bakı vaxtı ilə saat 15:45-də Avropa Mərkəzi Bankı (AMB) faiz qərarını açıqlayacaqdır. AMB-nin uçot dərəcəsini 0,00%-də, depozit faizini -0,40%-də və marjinal borclanma faizini də 0,25%-də saxlayacağı gözlənilir. Əsas məsələ AMB-nin istiqraz alışı barədə qərarıdır. Əgər istiqraz alışının başa çatdırılacağına işarə edilərsə, bu, Avronun daha da bahalaşmasına təkan verə bilər.

 

Bakı vaxtı ilə saat 16:30-da AMB sədri Mario Draghi mətbuat konfransı keçirəcəkdir. Bazar maraqla Draghinin nə deyəcəyini gözləyir. 

 

AMB-nin faiz artırmağa nə vaxtdan başlayacağı da önəmlidir. AMB-nin 2019-cu ildən başlayaraq faizləri də artırmağa başlayacağı gözlənilir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Avropa Mərkəzi Bankının nümayəndəsinin ötən həftə verdiyi açıqlamaya görə, Bank istiqraz alışı proqramından çıxış üçün hazırdır. İstiqraz alışı proqramının başa çatdırılması pul siyasətinin sərtləşdirilməsi deməkdir.

 

Xəbər verdiyimiz kimi, dünən ABŞ Mərkəzi Bankı (Fed) pul siyasəti faizi olan federal maliyyələşdirmə faizini gözləndiyi kimi 1.50-1.75 faiz aralığından 1.75-2.00 faiz aralığına qaldırıb. Daha ətraflı: http://marja.az/news/26255

 

14.06.2018 05:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ