Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropa Mərkəzi Bankının qərarı avroya necə təsir edə bilər?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Mərkəzi Bankının qərarı avroya necə təsir edə bilər?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Bu gün Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaq Avropa Mərkəzi Bankının faiz qərarı və saat 16:30-da baş tutacaq mətbuat konfransı dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər. 

 

Avropa Mərkəzi Bankı (AMB) ildə 8 dəfə uçot faizlərini müzakirə edir. Bu qərar investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. AMB-nin faiz qərarında adətən aşağıdakı ssenarilərdən biri baş verir: 



a) Faiz qərarından öncə maliyyə bazarlarında faiz dəyişikliyi artıq proqnozlaşdırılıb;
b) Faiz qərarına kimi faizlərin dəyişməyəcəyi proqnozlaşdırılır;
c) Faiz qərarına kimi gözləntilər qeyri-müəyyəndir və sürpriz qərar açıqlanır.



PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Birinci və ikinci ssenarilər maliyyə aktivlərinin ticarəti zamanı artıq əvvəlcədən nəzərə alınır və investorlar gələcək gözləntilərə fokuslanır. Məhz bu zaman saat 16:30-da baş tutan mətbuat konfransında gələcək gözləntilərə dair açıqlamalar daha çox investorların diqqət mərkəzində olur. Sonuncu ssenaridə isə açıqlanan qərardan asılı olaraq, dalğalanma daha yüksək olur.

 

NƏ GÖZLƏNİLİR?


2017-ci ildə Avropa iqtisadiyyatında canlanma, AMB-nin yumşaq monetar siyasətini dayandıra biləcəyi ilə bağlı proqnozlar artmağa başlamışdı. Bu səbəbdən avronun qiyməti aprel ayına kimi 1.24$-da ticarət edilirdi. Lakin Avrozona iqtisadiyyatında risklərin yenidən artması, bu gözləntiləri də zəiflətdi və EUR/USD məzənnəsi 1.15$-a kimi 7% ucuzlaşdı. Beləliklə, uçot dərəcəsinin hələ uzun müddət 0%-də qalacağı qəti olsa da, investorları daha çox maraqlandıran sentyabr ayına kimi planlaşdırılan istiqraz alışı proqramında ediləcək dəyişiklikdir. Bu baxımından AMB-nin mətbuat konfransında sədr Mario Draqinin çıxışı böyük maraqla gözlənilir.

 

VALYUTA BİRJALARINA TƏSİRİ


AMB mətbuat konfransında istiqraz alışı proqramının uzadılması ilə bağlı hər hansı bir fikir bildirərsə və ya gələcək siyasətə dair bu dəfə də qeyri-müəyyənlik nümayiş etdirərsə, bu, avronun 3% ucuzlaşmasına təsir edə bilər. Təhlillərə əsasən, yuxarıdakı ssenarinin şahidi olduğumuz təqdirdə, hal-hazırda 1.18$-ın altında ticarət edilən avro qlobal eniş dalğasını 1.14$-a kimi davam etdirə bilər. İstiqraz alışı proqramının yanvarda aylıq həcminin 60 milyard avrodan 30 milyard avroya kimi azaldılmasından sonra sentyabr ayında da dayandırılması dilə gətirilərsə, bununla bağlı gözləntilər gücləndirilərsə və ya hər hansı bir pozitiv siqnal verilərsə, bu, alternativ olaraq avronun 1.19-1.20$-a kimi bahalaşmasına təsir edə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

14.06.2018 07:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ