Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR rəhbərliyinə ödənilən kompensasiyalar 1,2 milyon manatı ötüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR rəhbərliyinə ödənilən kompensasiyalar 1,2 milyon manatı ötüb

2017-ci ildə SOCAR-ın prezidenti və 12 vitse-prezidenti, ümumilikdə 1 milyon 153 min manat məbləğində kompensasiya alıb.

 

SOCAR-ın 2017-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatında bildirilir ki, 2016-cı ildə bu rəqəm 717 min manat təşkil edib. Beləliklə, il ərzində SOCAR rəhbərliyinə verilən kompensasiyanın məbləği 60,8% və ya 436 min manat artıb.

 

Sənədə əsasən, şirkətin prezidenti və 12 vitse-prezidenti SOCAR-ın digər törəmələrinin Direktorlar Şurasında təmsil olunduqlarına görə kompensasiya alırlar.

 

Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevdir. Xoşbəxt Yusifzadə şirkətin birinci vitse-prezidentidir. Şirkətin prezidenti və vitse-prezidentləri ölkə başçısı İlham Əliyev tərəfindən təyin olunur. Rəhbərlikdə təmsil olunan şəxslər həm maaş, həm də premiyalar alır. Bundan başqa, şirkətin müəyyən strukturlarında Direktorlar Şurasının üzvü kimi onlara kompensasiya ödənilir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© APA

14.06.2018 10:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ