Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Atəşgah Sığorta" qrupu və investisiya şirkətləri görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Atəşgah Sığorta" qrupu və investisiya şirkətləri görüşüb

14 İyun 2018-ci il tarixində “Listinq Məsləhət Proqramı”-nın (LMP)  növbəti mərhələsi olaraq birja üzvü olan investisiya şirkətləri ilə “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” şirkətləri arasında ilk görüş keçirilmişdir.

 

Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, görüş zamanı Atəşgah Sığorta qrupunun cari fəaliyyəti, maliyyə vəziyyəti və gələcək biznes planları haqqında geniş təqdimat olmuşdur.

 

Əlavə olaraq mövzu ilə bağlı investisiya şirkətlərini maraqlandıran digər məsələlər haqqında ətraflı müzakirələr aparılmışdır.

 

Görüşdə İnvest-AZ, PSG Kapital, Xalq Kapital, Paşa Kapital,  Unikapital-ın nümayəndələri ilə Atəşgah Sığorta qrupunun heyəti arasında şirkətin kapital bazarlarından maliyyələşmə imkanları, onların dəyərləndirilməsi, optimal alətlərin seçilməsi, investorlar üçün təklifin hazırlanması və s. bu istiqamətdə atılacaq mümkün addımlar interaktiv formada fikir mübadiləsi aparılmışdır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Xatırladaq ki, Atəşgah Sığorta və Atəşgah Həyat Sığorta şirkətləri BFB-nin təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş “Listinq Məsləhət Proqramı”na qoşulmuşdur. Bu münasibətlə, 5 İyun 2018-ci il tarixində BFB ilə Atəşgah Sığorta və Atəşgah Həyat Sığorta şirkətlərinin“Listinq Məsləhət Proqramı” (LMP)-na qoşulması haqqında saziş imzalanmışdır.

 

Kapital bazarlarına çıxış imkanlarını artıran LMP-yə əsasən BFB və Atəşgah Sığorta arasında hazırlanmış fəaliyyət planına uyğun olaraq növbəti mərhələlər haqqında məlumatlar açıqlanacaqdır.            

14.06.2018 14:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ