100 milyonla xaricə qaçdığı deyilən bankir polisə müraciət edib
"Günaybank"ın sabiq sədr müavini Emin Zeynalov haqqında yayılan əsassız xəbərlərlə bağlı hüquq muhafizə orqanına müraciət edib. Bu barədə E.Zeynalovun özü məlumat verib.
Xatırladaq ki, dünən bəzi saytlarda E.Zeynalovun çalışdığı bankdan 100 milyon manat götürərək xaricə qaçması barədə məlumat yayılmışdı. Amma "Günaybank" və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu məlumatı təkzib etmişdilər.
İndi isə Emin Zeynalov yenidən haqqında yayılan əsassız xəbərlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib.
E.Zeynalov bildirib ki, dünən onun haqqında bəzi xəbər saytlarında dərc olunan məlumatlardan sonra məsələnin araşdırılması üçün dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
Keçmiş bankir mətbuatda özü haqqında əsassız yayımın qarşısını almaq üçün bu addımı atıb.
Məsələ bundadır ki, bu barədə açıqlamalara və məlumatın təkzib olunmasına baxmayaraq bəzi KİV-lərdə hələ də onun bankdan əmanətaçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılır.
E.Zeynalov bildirib ki, haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. “Mən Bakıda olmuşam heç bir xarici ölkəyə getməmişəm indi də Bakıdayam. Sadəcə bankdan kənarda biznes partnyorlarım arasında borc problemi olub”.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl