İşçisi 3 dəqiqə əvvəl nahara çıxdı, şirkət üzr istədi
Yaponiyanın Kobe şəhərindəki "Kobe Su Paylama Bürosu" adlı dövlət şirkətinin rəhbərləri, 64 yaşlı bir şirkət işçisinin 7 aylıq dövr ərzində (Sentyabr 2017- Mart 2018) 26 dəfə yemək saatından 3 dəqiqə əvvəl masasını tərk etdiyini və şirkət binasının qarşısındakı yeməkxanaya getdiyini müəyyən edib.
"Marja" xəbər verir ki, şirkət rəhbərləri bunu müəyyən etdikdən sonra mətbuat konfransı keçirərək ictimaiyyətindən üzr istəyib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
"Çox kədərli bir qalmaqal baş verdi. Xalqdan üzr istəyirik" deyən şirkət rəhbərləri başlarını əyərək üzr istəyib.
İş vaxtlarından cəmi 78 dəqiqə istifadə etdiyi müəyyən olunan işçinin də yarım günlük əmək haqqı qədər cəzalandırılıb.
AFP-yə danışan şirkətin sözçüsü "Yemək saatı 13.00-da başlayır, ancaq işçi fasilədən əvvəl masasından durub" - deyib.
SOSİAL MEDİADA BÖYÜK REAKSİYA: "TUALETƏ DƏ GEDƏ BİLMƏYƏCƏYİK?"
Şirkətin bu siyasəti ölkədə işgəncəyə çatan iş mədəniyyətini yenidən müzakirə mövzusuna çevirib. Ölkədə iş saatları olduqca uzundur və çalışanlar xəstə olanda nadir hallarda icazədən istifadə edirlər.
Bir Twitter istifadəçisi "Bu, əslində, dəlilikdir. Siqaret üçün masanızdan dursanız nə olar?"- yazıb.
Bir digəri isə "Bu pis bir zarafatdır? Artıq tualetə də gedə bilməyəcəyik?" deyib.
Həmçinin ölkədəki şirkət işçilərinin 4-də 1-i maaşlarını almadan ayda 80 saatın çox iş görür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
- 15 d. əvvəl
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi