Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Dövlət qulluqçuları məşğul əhalisinin çox cüzi bir hissəsini təşkil edir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dövlət qulluqçuları məşğul əhalisinin çox cüzi bir hissəsini təşkil edir"

"2018-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfərdir ki, onların 28,8 faizini qadınlar təşkil edir".

 

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov 23 Iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə "Azərtac"da dərc olunan məqaləsində yazıb.

 

AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!

 

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 44 ildir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.

 


"Ümumilikdə ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı heç də çox deyil. Respublikada fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçuları Azərbaycanın məşğul əhalisinin çox cüzi bir hissəsini - 0,6 faizini təşkil edir.

 

Hazırda dövlət qulluğunda çalışanların bilik və bacarığı, peşəkarlığı imkan verir ki, respublikada dövlət qulluğunun təşkili yüksək səviyyədə həyata keçirilsin. Bununla yanaşı, dövlət qulluqçularının hazırlıq səviyyəsi daim diqqət mərkəzindədir. Ölkə iqtisadiyyatının inkişafında olduğu kimi, kadr məsələlərinin həllində də düşünülmüş proqramlar əsasında işlər davam etdirilir. Bir məsələni vurğulamaq lazımdır ki, dövlət qulluğunun təşkilində kadrların peşəkarlığı, səriştəliliyi həmişə vacib olub, bu gün də vacib məsələlərdən biri sayılır və bunun üçün ən müxtəlif vasitələrdən geniş istifadə olunur.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

Respublikada fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyası, həmçinin müxtəlif nazirliklər üçün bilavasitə kadrlar hazırlayan sahə akademiyaları, eləcə də ali məktəblərin müvafiq fakültələri hər il Azərbaycanın kadr ehtiyatlarını zənginləşdirir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə son illərdə “Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərinə təhsil almaq üçün göndərilən tələbə, magistr və doktorantura səviyyələrində təhsil alan gənc kadrların irəli çəkilməsinə ciddi əhəmiyyət verilir. Sevindirici haldır ki, dünyanın aparıcı universitetlərinə göndərilən şəxslərin 63 faizi magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər olub. Son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması müasir biliklərə yiyələnmiş mütəxəssislərin, o cümlədən idarəçilik kadrlarının yetişdirilməsini zəruri edir", - deyə məqalədə qeyd olunur.

22.06.2018 07:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ