Nazir kombayn çatışmazlığının səbəbini açıqlayıb
Kənd təsərrüfatı naziri İnam Kərimov taxıl biçini zamanı kombayn çatışmazlığına münasibət bildirib.
Nazir deyib ki, hazırda ölkədə taxıl biçinində 2200-ə yaxın kombayndan istifadə olunur: "Bunlardan 632 texnika "Aqrolizinq" ASC tərəfindən servis kimi fəaliyyət göstərir. 750 kombayn lizinqə verilib, digər 740-ı isə özəl şəxslər tərəfindən istifadə olunur. Hesab edirik ki, kombaynların sayının artırılmasına ehtiyac var".
Onun sözlərinə görə, artıq "Aqrolizinq" ASC tərəfindən kombaynların alınması ilə bağlı sifarişlər verilib.
"Bilirsiniz ki, bu proses uzun çəkir. Bu il məhsuldarlıq bol olduğu üçün texnika qıtlığı müşahidə edirik. Hesab edirəm ki, gələn il yeni texnikalar gəldikdən sonra biz bu problemlə üzləşməyəcəyik. Eyni zamanda, gələn mövsümə kimi texnikaların idarə edilməsində yeni kommunikasiya texnologiyalarından istifadə etməyə çalışacağıq. Çalışacağıq ki, tezliklə fermerlər onlayn qaydada mövcud texnikaları sifariş verə bilsinlər".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 3 saat əvvəl
- 3 saat əvvəl