Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb.
"AzRusTrans” QSC-dan bildirilib ki, bu vaxta kimi konteynerlər vasitəsilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq yük vaqonları ilə taxıl daşınıb.
“AzRusTrans” QSC “ADY Express” MMC ilə birgə Rusiyadan Qarsa taxılı xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan, Cənubi Ural istiqaməti üzrə Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra, Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsilə daşınıb. Axalkalaki stansiyasında konteynerlər Türkiyədən daxil olan platformalara aşırıldıqdan sonra, yolunu davam etdiriblər.
2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 kilometr təşkil edir ki, bunun da 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstanın və 79 kilometri Türkiyənin payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 d. əvvəl
-
25 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl