Mühasiblərin 12-ci Ümumukrayna –Xəzər Konqresi başa çatıb
23-24 iyun 2018-ci il tarixində Pulman Baku mehmanxanasında “Ukrayna mühasibat klubu” və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə keçirilən Mühasiblərin 12-ci Ümumukrayna –Xəzər Konqresi uğurla başa çatıb. Konqresin mövzusu “Mühasib biznesdə: peşənin transformasiyası, beynəlxalq təcrübə” idi.
Tədbirdə Ukraynanın Maliyyə Nazirliyinin mühasibat uçotu metodologiyası, gömrük siyasəti və vergi departametinin rəhbəri Lyudmila Qaponenko, Qiymətli Kağızlar və Birja Komissiyasının aparat rəhbəri Oksana Saxnatska, Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət-iqtisadiyyat məsələləri üzrə şöbəsinin rəhbəri-Serqey Ştelyuk, Moldova Respublikasının Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının prezidenti- Georgeta Covaliov-Rusu, Azərbaycan tərəfindən SOCAR Vitse-Prezidenti, APFM Müşahidə Şurasının sədri- Süleyman Qasımov, Azərbaycan Respublikası Maliyyə Naziriliyinin uçot siyasəti şöbəsinin rəhbəri –Firuzə Abdullayeva, Maliyyə Nazirliyi yanında Maliyyə Elm- Tədris Mərkəzinin rəhbəri- Elman Hüseynov, APFM prezidenti- Nuriyyə Novruzova, Gənc Mühasiblər Birliyinin sədri- Solmaz Əliyeva, Ukraynanın və Azərbaycanın iri müəssisələrinin baş mühasibləri, maliyyə menecerləri, mühasibat və audit sahəsində çalışan mütəxəssisləri iştirak ediblər.
Konqres məruzələr və dəyirmi stol arxası müzakirələr formatında keçirilib, Ukraynanın ictimai əhəmiyyətli qurumlarında MHBS-nın tətbiqi üzrə Azərbaycanlı həmkarlarla təcrübə mübadiləsi aparılıb, iştirakçılar sürətli iqtisadi dəyişikliklər kontekstində mühasibin rolunu və peşəkar inkişafının nüanslarını müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl