Heyvanlar üçün duşxanalar yaradılacaq
"Azərbaycan rayonlarında müasir tipli baytarlıq məntəqələri yaradılacaq. Bunun kompleks şəklində həyata keçirilməsi 2019-2025-ci il Dövlət Proqramında öz əksini tapıb".
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) yeni rəisi Bayandur Rzayev deyib.
O, baytar məntəqələrində bir sıra işlərin həyata keçiriləcəyini vurğulayıb: "Həmin məntəqələrdə heyvanların çimizdirilməsi, qırxılması, eyni zamanda qırxılma yeri və xırdabuynuzlu heyvanlar üçün çimizdirmə vannaları, iribuynuzlu heyvanlar üçün çimizdirmə duşxanalarının yaradılması nəzərdə tutulub. Kürdəmir isti rayon olduğundan heyvanların çimizdirilməsinə xüsusi ehtiyac var. Çünki burada parazit gənələr, ziyanverici həşəratlar və ağcaqanadlar xəstəliklərin daşıyıcısı hesab edilir. Çimizdirmə vannalarının və duşxanaların tikilməsi Kürdəmir rayonu üçün xüsusilə vacibdir".
B.Rzayev həmçinin rayonlarda heyvanların iynələnməsi prosesində istifadə olunan dəzgahların az olması, həmçinin baytarların nəqliyyat problemi ilə bağlı üzləşdikləri çətinliklərə də münasibət bildirib: "Həmin problemlər tezliklə aradan qaldırılacaq".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 27 d. əvvəl
- 32 d. əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi