Azərbaycanın 2 assosiasiyası Memorandum imzaladı
Bu gün Moldova Respublikasının Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası (ACAP) ilə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) arasında Əməkdaşlıq Memorandumu bağlanıb.
APFM-dən "Marja"ya daxil olmuş məlumata görə, Memorandumu Bakıda işgüzar səfərdə olan ACAP prezidenti- Georgeta Covaliov-Rusu və APFM prezidenti- Nuriyyə Novruzova imzalayıb.
Memorandum iki ölkənin iqtisadi mühitində mühasibat, maliyyə menecmenti peşəsinin təşviqi, beynəlxalq səviyyədə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunlaşdırılması və inkişafı məqsədi daşıyır.
Memorandum çərçivəsində hər iki peşəkar təşkilatın üzvləri üçün davamlı peşə inkişafı proqramlarının təşkili, mühasiblər, maliyyə menecerlərir tərəfindən həyata keçirilən fəaliyyətlərdə etik, təhsil və keyfiyyət sahəsində qarşılıqlı dəstək, milli və ya beynəlxalq tədbirlərə ümumi iştirak , təcrübə mübadiləsi, hə iki təşkilatın nəşr etdiyi jurnallarda mütəxəssislərin mühasibat uçotu, maliyyə idarəçiliyi ilə bağlı məqalələrinin çapı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
- 4 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl