Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İxrac təşviqi ödəniləcək məhsulların sayı artırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İxrac təşviqi ödəniləcək məhsulların sayı artırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb. 

 

Reklam_3_11

Nazirlər Kabineti bununla bağlı “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nda müvafiq dəyişikliklər edib. 

 

Beləliklə, quş yumurtası, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və onun fraksiyaları, üzüm şərabları istisna olmaqla digər meyvə çaxırları, o cümlədən nar çaxırı bu siyahıya daxil edilib. 

 

Bu məhsulların ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsallar da müəyyənləşib. Bu əmsallar quş yumurtası üçün 1,5, qabığı təmizlənmiş meşə fındığı  üçün 1, zeytun yağı və onun fraksiyaları üçün 1,5, üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı üçün 2 olaraq müəyyən edilib. 

 

Qeyd edək ki, ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir. Faktiki ixrac dedikdə, qeyri-neft məhsullarının geri qaytarılmaq öhdəliyi olmadan Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması başa düşülür.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Xatırladaq ki, Nazirlər Kabinetinin “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında qərarı 2016-cı il mart ayının 1-dən etibarən tətbiq edilir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.

28.06.2018 05:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ