Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sahibkarlara "toxum və ting" xəbərdarlığı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlara "toxum və ting" xəbərdarlığı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN TOXUMÇULUĞU, TİNGÇİLİYİ, İSTEHSALI VƏ SATIŞI İLƏ  MƏŞĞUL OLAN HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN NƏZƏRİNƏ


 

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti Kənd təsərrüfatı bitkilərinin toxumçuluğu, tingçiliyi və kənd təsərrüfatı  məhsuları  istehsalı  ilə  məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında yalnız patentləşmiş və Dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətləri (bitki sortları) istehsalatda istifadə edilə bilər”.

 

“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yaydığı məlumatda deyilir.

 

Qeyd edilib ki, sortun Dövlət reyestrində olması, həmin sortun toxumunun və yaxud əkin materialının Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, uyğun regionlarda reallaşmasına (satılmasına), karantin tələblərinə riayət edilməklə daşınmasına, artırılmasına hüquq verir. Ölkəyə gətirilən bitki materialları (toxum, ting, digər əkin materialı) müvafiq qaydada standartlara uyğun sertifikatlar ilə təchiz olunmalıdır.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən Dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq (mənşə) sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Dövlət Reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər.

 

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 21.1. bəndinə əsasən Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin (GMOB) genetik materiallarının gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.

 

Göstərilənlərə əməl etməyən hüquqi və fiziki şəxslər barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 166 (İxtiraçılıq və patent hüquqlarını pozma) və 200-cü maddələrinin (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) tələblərinə əsasən müvafiq tədbirlər görüləcəkdir.

28.06.2018 06:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ