Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan siqaret və içkilərə nəzarət üçün yeni sistem tətbiq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan siqaret və içkilərə nəzarət üçün yeni sistem tətbiq edəcək

Malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsinə və bununla bağlı məlumatların xüsusi proqram təminatı ilə yığılmasına xidmət edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi tətbiq ediləcək. 

 

"Marja" xəbər verir ki, bu, "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nda nəzərdə tulutb.


Sistemin tətbiqi Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyinə tapşırılıb. 

 

2019-cu il yanvarın 1-dən Azərbaycan Respublikasının ərazisində istehsal olunan, yaxud ölkə ərazisinə idxal edilən tütün məmulatlarının, 2019-cu il martın 1-dən isə alkoqollu içkilərin və pivənin istehsalı, idxalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsini təmin edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi tətbiq edilməlidir. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlanmalı olan mallara nəzarət markalarının tətbiqi, təqdim edilməsi, uçotunun aparılması və dövriyyəsinə nəzarət Qaydaları” təsdiq ediləcək. 

 

Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminə daxil edilməli digər məmulatlara dair təkliflər hazırlanması da tapşırılıb. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.  Sərəncam ilə, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib.

 

28.06.2018 17:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ