Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da yerli qəzetə silahlı hücum: 5 ölü, çoxlu sayda yaralı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da yerli qəzetə silahlı hücum: 5 ölü, çoxlu sayda yaralı

ABŞ-ın Merilend ştatında yerli bir qəzetə təşkil olunan silahlı hücumda ən az 5 nəfər ölüb, çoxlu sayda adam yaralanıb.



 
ABŞ-da paytaxt Vaşinqtona 1 saatlıq məsafədə yerləşən Annapolis şəhərində "Capital Gazette" adlı yerli qəzetə silahlı hücum edilib.


 
"Marja" xəbər verir ki,  istintaqı aparan polis şefi Uilyam Krampf, hücumda ən az 5 nəfərin öldüyünü açıqlayıb. Bu hücum, ABŞ tarixində medianı hədəfə alan ən ölümcül hücumlardan biridir.
 


Polis rəsmisi Steve Schuh da bir şübhəlinin nəzarətində olduğunu, bu şəxsin sorğu-sual olunduğunu və başqa bir şübhəli olmadığını bildirib.  


 
KİMLİYİ MƏLUM OLUB
 


Daha sonra Amerika mediasına danışan və adlarının açıqlanmasını istəməyən üç polis rəsmisi, şübhəlinin 38 yaşlı Jarrod Ramos olduğunu bildirib.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Ağ bir kişi olduğu məlumatı verilən təcavüzkarın, hadisə yerindəki barmaq izlərini təmizlədiyi, ancaq üz tanıma texnologiyasını istifadə edən polisin bu sayədə şübhəlini yaxaladığı bildirilib.
 

Bundan başqa, rəsmi şəxslər, şübhəlinin hücumdan əvvəl sosial mediadan qəzeti təhdid etdiyini, buna görə də, bu hadisənin planlı bir hücum olduğunu bildirib.
 
 
Rəsmi şəxslər, qəzetin xəbər otağına girən şübhəlinin, xəbər redaktoru da daxil olmaqla çoxlu sayda qəzet işçisini hədəf aldığını bildiriblər.
 
 
 ABŞ Prezidenti Donald Trampın hadisə ilə bağlı məlumat aldığını və qurbanların yaxınlarına başsağlığı verib.
  

29.06.2018 03:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ