“Mətanət A”da satınalma üzrə mütəxəssis vakansiyası!
“Mətanət A” şirkəti satınalma üzrə mütəxəssis vakansiyasını elan edir
İşin təsviri:
-Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satın alınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
-İstehsalçı şirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;
-Çatdırılma, logistika və nəqliyyat nəzarətinin təşkili;
-Alınan malların keyfiyyətinə nəzarət.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
-Razılaşma yolu ilə:
Tələblər:
-Təhsil: Ali (bakalavr);
-Yaş həddi: 25-35;
-Kompüter biliyi: MS Office (Word, Excel);
-Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
-2 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
-Satınalma və təchizat sahəsində təcrübə (texniki biliklərə malik, tikinti malları, alətlər və hissələr, elektrik və elektronika məhsulları, onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
-Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqlarına malik olmalı, qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
-Satınalma sənədlərini hazırlama qabiliyyəti;
-Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
-Gömrüklə işləmə təcrübəsi;
-Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
-Xarici ezamiyyətlərə getmə imkanı;
-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bacarmalı;
Qeyd:
- İşçi işin xarakterindən asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- CV-ləri hr@matanata.com ünvanına göndərin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl
- 4 saat əvvəl