Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Xarici valyutada ödəmə vaxtı keçmiş kreditlər daha çoxdur – 19%

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici valyutada ödəmə vaxtı keçmiş kreditlər daha çoxdur – 19%

Manatla verilən kreditlər artır, Dollarla verilən kreditlər isə azalır


 

Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarında milli və xarici valyutada ödəmə vaxtı keçmiş kredilər məbləğ baxımından demək olar ki, eyni səviyyədədir. Cəmi kreditlərdə xüsusi çəki baxımından isə xarici valyutada ödəmə vaxtı keçmiş kreditlərin nisbəti  daha çoxdur.

 

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin May ayının sonunda cəmi kredit qoyuluşları 11 milyard 945.5 milyon manat, o cümlədən vaxtı keçmiş kreditlər 1 milyard 710.8 milyon manat təşkil edib. Vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 14,3% olub.

 

Cəmi kredit qoyuluşlarının 7 milyard 331.6 milyon manatını milli valyutada kreditlər təşkil edib. Milli valyutadakı kreditlərin 833.1 milyon manatının və ya 11,4%-nin ödəmə vaxtı keçib.  

 

Cəmi kredit qoyuluşlarının 4 milyard 613.9 milyon manatı xarici valyutada verilmiş kreditlərdir. Bu kreditlərin 877.7 milyon manatının və ya 19%-nin ödəmə vaxtı keçib.

 

Ötən ilin sonu ilə müqayisədə son 5 ayda milli valyutada verilmiş kreditlər 378 milyon manat artıb, xarici valyutada verilmiş kreditlər isə 190,3 milyon manat azalıb.

 

Aprel ayı ilə müqayisədə Mayda milli valyutada verilmiş kreditlər 150,3 milyon manat artıb, xarici valyutada verilmiş kreditlər isə 20,6 milyon manat azalıb.

 

Cəmi kreditlərin 2 milyard 343,7 milyon manatını və ya 19,6%-ni qısamüddətli , 9 milyard 601,8 milyon manatını və ya 80,4%-ni uzunmüddətli  kreditlər təşkil edib.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Milli valyutadakı cəmi kreditlərin 1 milyard 172.6 milyon manatını və ya 16%-ni qısamüddətli, 6 milyard 159 milyon manatını və ya 84%-ni uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 1 milyard 171.1 milyon manatını və ya 25,4%-ni qısamüddətli, 3 milyard 442.8 milyon manatını və ya 74,6%-ni uzunmüddətli kreditlər təşkil edib.

02.07.2018 07:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ