Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bank of Baku"nun dəstəyilə keçirilən müsabiqınin qalibləri mükafatlandırıldı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank of Baku"nun dəstəyilə keçirilən müsabiqınin qalibləri mükafatlandırıldı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

28 iyun 2018-ci il tarixində, “Bank of Baku” və “Azərbaycan müəllimi” qəzetinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil” mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutdu.

 

Tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov, Bank of Baku ASC-nin İdarə Heyətinin Sədri Eldar Həmidov, münsiflər heyətinin üzvləri, qaliblər və KİV nümayəndələri iştirak edib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki,  yazı müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir. Müsabiqənin Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsindəki fəaliyyətinə həsr olunduğunu qeyd edən nazir müavini tədbirin ilk müstəqil respublikamızın bu sahədə atdığı addımların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, qaliblərə təbrikini çatdırıb.

 

“Bank of Baku”nun İdarə Heyətinin sədri Eldar Həmidov Cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliğ olunması baxımından müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, Bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində icra etdiyi onlarla layihələr arasında bu layihənin xüsusi yer tutduğunu, cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bank rəsmisi qurumun sosial yönümlü layihələrə hər zaman həvəslə maliyyə dəstəyi verdiyini də xüsusilə diqqətə  çatdırıb.

               

Qeyd edək ki, yazıların təqdim edilməsi üçün ayrılmış bir ay müddətində Təşkilat Komitəsinə 305 yazı daxil olub. Müsabiqəyə 47 şəhər və rayonun müəllimləri qatılıb. Seçimin nəticələrinə əsasən iki yazı I,  iki yazı II, üç yazı III yerlərə layiq görülüb, 7 yazı həvəsləndirici mükafat alıb.

 

Tədbirin yekununda qaliblərə və münsiflər heyətinə “Bank of Baku”, “Təhsil Nazirliyi” və “Azərbaycan müəllimi” qəzeti tərəfindən diplom və pul mükafatı təqdim olunub.

02.07.2018 09:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ