Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Yenidən rekord isti olacaq - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yenidən rekord isti olacaq - XƏBƏRDARLIQ

Bəzi yerlərdə 46  dərəcə isti olacağı gözlənilir.


 

İyulun 3-də gün ərzində, iyulun 4-də də axşamadək ölkə ərazisində qızmar, anomal hava şəraiti davam edəcək.

 

 Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

 

Onun sözlərinə görə, həmin müddətdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 40-43 dərəcə isti olacağı gözlənilir ki, bu da yüksək göstərici sayılır: “Bu gün hava nisbətən sərinləsə də, iyulun 3 və 4-də yenidən durğun hava şəraiti müşahidə ediləcək, 40-43 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi 43-44 dərəcə isti bu il iyulun 1-də müşahidə edilib. İyulun 3 və 4-də qeydə alınacaq temperatur da rekord göstərici olacaq”.

 

­­ 1 GÜNƏ KREDİT ALIN!

 

Gözlənilən hava şəraiti ilə bağlı meteohəssas insanların, uşaqların, yaşlı insanların olduqca diqqətli olmasını vacib sayan U.Tağıyeva bildirib ki, ən maksimal temperaturlar saat 11.00-dan 17.00-dək gözlənildiyindən həmin müddətdə insanlar açıq havada olmamağa çalışsınlar”.

 

İyulun 3-də Azərbaycanın rayonlarında hava şəraitinin günəşli olacağı gözlənilir.

 

Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 40-44,  bəzi yerlərdə 46, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

 

U.Tağıyeva əlavə edib ki, qızmar hava şəraitindən sonra iyulun 4-dən 5-ə keçən gecədən başlayaraq, hava sərinləyəcək, Bakıda şimal küləyi əsəcək. İyulun 5, 6 və 7-sində ölkə ərazisində sərin hava şəraiti müşahidə ediləcək və havanın temperaturu iqlim normasına yaxınlaşacaq.

02.07.2018 09:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ