Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rabitəbank 25 illik yubileyini qeyd edir!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rabitəbank 25 illik yubileyini qeyd edir!

(®) Təqvimin 30 iyun tarixində müstəqil Azərbaycanın ilk banklarından biri olan Rabitəbankın fəaliyyətə başlamasının 25-ci ildönümü tamamlanıb.

 

Reklam_3_11

Rabitəbank bu yubiley yaşına uğurlu bir bank üçün vacib əhəmiyyət kəsb edən bütün istiqamətlərdə - həm təşkilati, həm də bank əməliyyatları baxımından yüksək nəticələrlə qədəm qoyub.

 

1993-cü il 30 iyun tarixində bank əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən lisenziya hüququnu əldə edən Rabitəbank keçdiyi bu 25 il ərzində hər zaman ölkənin iqtisadi inkişafına töhfə verməyi ilkin prioritetləri sırasına daxil edərək inkişaf etmiş və öz fəaliyyətini genişləndirməyə davam etmişdir.

 

25 illik yubileyinin astanasında ikən aktivlərinin həcminə görə ölkənin 30 bankı arasında 8-ci ən iri bank olaraq möhkəmlənən Rabitəbank bugün 25 filial və şöbədən ibarət xidmət mərkəzi ilə paytaxt Bakı ilə yanaşı Azərbaycanın 15 müxtəlif regionunda – Gəncə, Sumqayıt, Xaçmaz, Lənkəran, Naxçıvan, Şirvan, Quba, Qusar, Şəmkir, Şəki, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədidə təmsil olunur.

 

Hal-hazırda ölkə ərazisindəki ATM-lərinin sayını 63-ə, pos terminallarının sayını isə 300-ə qədər çatdırmış bankın müştərilərinə 700-dən çox professional kadr xidmət göstərməkdədir.

 

Fəaliyyətdə olduğu 25 il ərzində bütün müştəri və tərəfdaşları ilə qarşılıqlı məmnuniyyət prinsipi ilə çalışan Rabitəbank ölkədə əsasən kiçik, orta və iri bizneslərə dəstəyilə seçilsə də, fiziki şəxslərə təklif etdiyi məhsul və xidmətlərlə də hər zaman fərqlənmişdir.

 

Bu yubiley ilində bir çox yeniliklərə imza atmağı planlaşdıran Rabitəbank müxtəlif kampaniyalar, yeni məhsullar və bir-birindən əlverişli fürsətlərlə 2018-ci ili müştəriləri üçün xüsusilə yaddaqalan etməyi hədəfləyib.

 

Rabitəbank ötən illərdə əldə etdiyi nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək, müştəriləri operativ və keyfiyyətli, müasir dövrün tələblərinə uyğun bank xidmətləri ilə təmin etmək, sahibkarlığın maliyyə vəsaitlərinə tələbatını ödəməklə Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr vermək əzmindədir.

 

02.07.2018 09:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ