“AFB Bank” ASC-nin İdarə Heyəti sədrinə yeni müavin təyin olunub.
Bankın saytında verilən məlumata görə, bu vəzifəyə Bankda Maliyyə üzrə baş direktor olmuş Lalə Quliyeva təyin olunub. 2016-cı ildən maliyyə üzrə direktor olan Lalə Quliyeva 2018-ci ilin May ayında İdarə heyətinə üzv seçilmişdi.
Lalə Quliyeva ilə bərabər Natiq Namazov da İdarə Heyəti Sədrinin müavinidir.
Bankın Baş İcraçı Direktoru isə Samir Şirinovdur. O 2018-ci ilin May ayında Bankın icraçı direktoru təyin edilib.
Xatırladaq ki, Zaur Qarasiyev bankın İdarə Heyətinin sədri vəzifəsini tərk etdikdən sonra müavini olmuş Aydın Hüseynov onun vəzifəsini müvəqqəti icra edir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Banker, Marja