10 milyon manat üçün 25.7 milyon manatlıq sifariş

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 milyon manat üçün 25.7 milyon manatlıq sifariş

13 dekabr 2016-cı il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101024518 ISIN kodlu, tədavül müddəti 91 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.

 


Maliyyə Nazirliyinin yaydığı məlumata görə, AZ0101024518 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25.7 milyon manat təşkil etmişdir. 


Maliyyə Nazirliyi tərəfindən 10.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95.7791 (gəlirlilik 17.8724%) səviyyəsində müəyyən edilmişdir. 


İstiqrazların ödəmə müddəti 14 mart 2017-ci ildir.


 

Bakı Fond Birjasının yaydığı məlumatda da deyilir ki, 13 dekabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101024518 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 7 investor tərəfindən 17 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 25,734,000.00 AZN təşkil etmişdir.

 

Sifarişlər 95.2664 AZN (20.1512%) və 95.9455 AZN (17.1381%) qiymət intervalında təqdim edilmişdir.

 

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.7165 AZN (18.1494%) orta ölçülmüş qiyməti 95.7791 AZN (17.8724%)  təşkil etmişdir.

 

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilmişdir.  

 

İstiqrazların ödəmə tarixi  14.03.2017-cı  ildir.

 

İstiqrazların tədavül müddəti –  91 gündür.

14.12.2016 06:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ