Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro, Funt və Lirə təzyiq altında - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro, Funt və Lirə təzyiq altında - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa və İngiltərədə iqtisadi və siyasi məsələlərin həllinin gecikməsi, avro və funtun ucuzlaşmasına, dollara olan tələbin qismən artmasına təsir edir.

 


Reklam_3_11


Dünya valyuta birjalarında avro və funt sterlinqin qiymətiləri yenidən ucuzlaşıb. Avropa və İngiltərədə siyasi və iqtisadi risklərin mövcudluğu ölkə məzənnələrinə də mənfi təsir etməkdədir.

 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.15$-ı aşağı istiqamətdə qırarsa, 1.14$, GBP/USD məzənnəsi isə 1.31$-ı aşağı istiqamətdə qırarsa, 1.30$-a kimi də ucuzlaşa bilər. USD/TRY məzənnəsi də 4.64TL-yə kimi bahalaşıb və 4.73TL-yə kimi də bahalaşa bilər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaq Türkiyənin inflyasiya səviyyəsi ilə bağlı önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

 

Qızılda ucuzlaşma 1215$-a kimi davam edə bilər

 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti növbəti eniş dalğasına başlayıb. Amerika Mərkəzi Bankının (FED) sərt monetar siyasəti və dünyada inflyasiya göstəricilərinin aşağı olması, əmtəə birjalarında da qiymətlərin ucuzlaşmasına səbəb olur. Beləliklə, hal-hazırda 1238$-a kimi ucuzlaşmaqla, son yarım ilin minimum səviyyəsinə düşən qızılın bir unsiya üzrə qiymətinin 1236$-ı da aşağı istiqamətdə qırmaqla, 1215$-a kimi dəyər itirə biləcəyi proqnozlaşdırılır. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

03.07.2018 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ