Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin təchizatında yaranmış problem ilə əlaqədar olaraq ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyalarin elektrik təchizatında yaranmış fasilələr aradan qaldırılıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bakcell şirkəti bildirir ki, dayanıqlı mobil rabitə xidmətlərin bərpa edilməsi istiqamətində bir sıra tədbirlər görülüb və xidmətlərin kəsintisiz göstərilməsi təmin edilib:
"Buna baxmayaraq, ölkə ərazisində elektrik enerjisinin verilməsi tam bərpa olunana kimi mobil rabitə xidmətlərinin göstərilməsində fasilələr yarana bilər. Bakcell bundan sonra baş verə biləcək rabitə kəsintilərin tez bir zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görəcək".