Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

SOCAR İstiqrazları yenidən bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR İstiqrazları yenidən bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İstiqrazların təkrar bazarı üzrə marketmeykeri  “PSG Kapital” şirkətindən "Marja"ya verilən məlumata görə, hal-hazırda SOCAR İstiqrazlarını birjada 1010,17 dollara satmaq, 1013,50 dollara almaq olar.

 

Qiymət artımının səbəbi əhalinin istiqrazlara tələbatının artmasıdır.

 

Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi,  SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə, bu qiymətli kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır.

 

SOCAR İstiqrazlarının təkrar bazarının başlamasından indiyədək 156 milyon dollardan çox istiqraz ticarəti edilib.

 

Əlavə olaraq, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına da start verilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

REPO əməliyyatı mexanizmi SOCAR İstiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit imkanı verir.

 

İndiyədək qeyd olunan qiymətli kağızlarla 27 milyon dollardan çox kredit götürülüb.

 

Nominal dəyəri 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5 faizdir.

 

Faizlər ildə 4 dəfə, 3 aydan bir ödənilir. Növbəti faiz ödənişi iyulun  17-də olacaq.

03.07.2018 13:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ