Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qatarlar tuneldə qalıb - sərnişinlər təxliyyə edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qatarlar tuneldə qalıb - sərnişinlər təxliyyə edilir

 Metropoliten işçiləri və polis əməkdaşları sərnişinlərin tuneldə qalan qatarlardan çıxmasına köməklik edirlər. 

 

Reklam_3_11

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hazırda metroda sərnişinlərin təxliyyə olunduğunu deyib:

 

"Bütün stansiyalarda təxliyyə işi aparılır. Stansiyaların çıxışlarına isə təcili tibbi yardım maşınları cəlb olunub, səhhəti pisləşən vətəndaşlara yardım göstərilir". 

 

Onun sözlərinə görə, sonuncu sərnişin metronu tərk edənə qədər təxliyyə prosesi davam edəcək : "Hazırda təxliyyə prosesi başa çatmaq üzrədir".

 

XXX

 

Elektrik enerjisinin nəqlində növbəti məhdudiyyətlər səbəbindən "Bakı metropoliteni"nin stansiyalarında hərəkət dayanıb, qatarlar tuneldə qalıb. 


 
 "Xətai" stansiyasından verdiyi məlumata görə, hazırda stansiyalarda qalmış insanların təxliyəsi davam etdirilir.
 

XXX   XXX    XXX

 

Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi "Bakı metropoliteni" QSC-nin işinə mənfi təsir edib.

 

Bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metronun bütün stansiyaları girişə bağlanıb:

 

"Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Bu addım elektrik enerjisinin yenidən veriləcəyi təqdirdə xoşagəlməz halların qarşısını almaq məqsədi ilə atılıb. Tədbirlər planına uyğun tədbirlər görülür".

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Report

03.07.2018 18:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ