Fransanın ən zəngin iş adamları sərvətlərini üç dəfə artıb
Fransada ölkədəki ən varlı 500 iş adamının sərvətinin son 10 ildə üç dəfə artaraq 650 milyard avroya çatlb. Avro milyarderlərinin sayı ilk dəfə 100-ü keçib.
"Marja" xəbər verir ki, "Challenges" jurnalının internet saytında yer alan araşdırmaya görə, ölkədəki ən varlı 500 iş adamının sərvəti 2018-də ötən ilə nisbətən 13 faiz artım göstərib.
2009-da Fransanın Ümumi Daxili Məhsulun (ÜDM) yalnız 10%-ni təşkil edən ən varlı 500 iş adamının sərvəti, 2018-də 30%-ə çatıb.
Başda lüks geyim və bəzək olmaqla bir çox sektorda fəaliyyət göstərən Fransanın LVMH şirkətinin sahibi Bernard Arnault 73,2 milyard avro ilə Avropanın ən zəngin iş adamıdır. Ötən il varidatı 46,9 milyard avro olaraq hesablanan Arnault, eyni zamanda "Le Parisien" və "Les Echos" qəzetlərinin də daxil olduğu media qrupunun da sahibidir.
Ən varlılar siyahısının ilk 10-undaki iş adamlarından 6-sı lüks mallar və kosmetika sektorunda fəaliyyət göstərir.
Zənginlər siyahısına düşmək üçün ən azı 140 milyon avro sərvətə malik olmaq tələb olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 d. əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 d. əvvəl
- 16 d. əvvəl
-
29 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
33 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 4 saat əvvəl