Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İyunda qlobal ərzaq qiymətləri enib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İyunda qlobal ərzaq qiymətləri enib

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki yağı, süd məhsulları, ət və şəkərdən ibarət olan 5 əsas qida maddəsinin qiymətlərini ölçən Ərzaq Qiyməti İndeksi, iyunda əvvəlki aya nisbətən 1,3 faiz azalaraq 173,7 bəndə düşüb.
 

Qlobal ərzaq qiymətlərində bu il ilk dəfə iyunda geriləmə baş verib, Qiymətlərdəki azalma ticarət münaqişələrinin taxıl və bitki yağ qiymətlərinə təsirindən qaynaqlanıb.
 

Reklam_3_11

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiyməti İndeksi, iyunda əvvəlki aya nisbətən 3,7% azalıb. 
 

Bitki Yağı Qiymət İndeksi, iyunda əvvəlki aya nisbətən 3 faiz geriləmə qeyd edərək son 29 ayın ən aşağı səviyyəsini görüb. Palma, soya lobyası və günəbaxan yağı qiymətlərinin hamısında azalma görülüb.
 

Süd Məhsullarının Qiymət İndeksi, iyunda aylıq müqayisədə 0,9 faiz azalıb.  Ət Qiyməti İndeksi və Şəkər Qiymət İndeksi müvafiq olaraq 0,3 faiz və 1,2 faiz artım qeyd edib.

06.07.2018 15:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ