OFİSAİT məktəblilərlə təbiətin kəşfində!
Ofisait mağazalar şəbəkəsi məktəblilər arasında ekoloji maarifləndirmənin artırılması, ətraf mühitin qorunması istiqamətində məsuliyyət hissinin artırılması məqsədi ilə "Məktəblilərlə təbiətin kəşfində!" layihəsini elan edir. Layihəyə 20 nəfər məktəbli və 5 nəfər gənc cəlb ediləcək (təlimçilər, texniki heyət).
Silsilə şəkildə keçirilməsi planlanan layihə çərçivəsində şagirdlərə: ətraf mühitin mühafizəsi, ətraf mühitin çirklənməsinə səbəb olan elementlər və mənbələr barədə məlumat veriləcəkdir. Gün sonunda isə onların ətraf mühitlə praktiki şəraitdə tanış olmaları üçün qrup işləri təşkil ediləcəkdir.
23 İyul 2018-ci il tarixində saat 09:00-dan 15:00-a qədər dəvam edəcək təlim, Mərkəzi Nəbatət bağında baş tutacaq. Layihəyə müraciət üçün son qeydiyyat tarixi 20 İyul 18:00-dır. Layihə üçün iştirakçıların seçim meyarları 10-15 yaş aralığında olmalı və layihədə iştirak üçün yüksək motivasiyası olmalıdır.
Qeyd edək ki, layihədə iştirak etmək üçün elektron ərizə forması doldurmaq tələb olunur.
Qeydiyyat linki:https://goo.gl/forms/ZULVh5jWmlh4gZbw2
Layihə və qeydiyyat ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 43 10 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Ofisait”in Facebook və Instagram səhifələrindən əldə etmək olar.
Qeyd edək ki, OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir. Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl