Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ASA-ya üzvlük haqlarının yeni metodla ödənilməsi təklif olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
ASA-ya üzvlük haqlarının yeni metodla ödənilməsi təklif olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Sığortaçılar Assosiasiyası Birliyin nəzarət orqanı olan Müşahidə Şurasının növbəti iclasını keçirib.

Reklam_3_11

 

Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev və Birliyin əməkdaşları, o cümlədən, Müşahidə Şurasının üzvləri – “AzSığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Talıbov, “AzRe Təkrarsığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Quliyev, “Meqa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Sevinc Gülmalıyeva, “Paşa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, “A-Group Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Orxan Efendiyev, “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Hidayət Əzimov, “AXA MBASK Sığorta” şirkətinin Hüquq və Maliyyə direktoru Fuad Musa, “AzərSığorta” Dövlət Sığorta və Kommersiya şirkətinin Marketinq və Təchizat departamentinin direktoru Vüqar Həsənov, “İpək Yolu Sığorta” şirkətinin Sığorta şöbəsinin müdiri Kəmalə Xəlilzadə iştirak edib.

 

Birlik sədri iclas iştirakçılarını salamlayaraq Birliyin fəaliyyəti, son görülən işlər barədə məlumat verib. Baden-Badendə Azərbaycan gecələrinin keçirilməsinə dair mövzu geniş müzakirəyə səbəb olub. Sığortaçılar tədbirin keçirilməsi ilə bağlı fikirlərini bildirib. Əvvəlki illərdə keçirilən bu tədbirin Azərbaycan sığorta sektoruna təsiri dəyərləndirilib və onun Azərbaycan sığorta bazarı üçün üstünlükləri və faydalarından bəhs edilib. Digər bir sıra təşkilatı məsələlərin dəqiqləşdirilməsi məqsədilə mövzunun yenidən müzakirəsi qərara alınıb.

 

Birlik sədri Müşahidə Şurasının iclasında Birliyə üzv şirkətlərin üzvlük haqqının yeni metod – şirkətlərin bazar payına olan nisbəti əsasında ödənilməsi təklifi ilə çıxış edib. Bu qaydaya əsasən hər ilin üzvlük haqqlarının şirkətin keçən ilki yığımlarına müvafiq müəyyən ediləcəyi bildirilib. Burada məqsəd şirkətin Birliyə ödəyəcəyi vəsaitin onun bazar payına mütənasib olmasından ibarət olduğu qeyd edilib. Bütün sığorta şirkətlərinin bununla bağlı mövqeyinin müəyyən edilməsi üçün məsələnin digər sığorta şirkətləri ilə də paylaşılması və daha sonra buna dair qərar verilməsi razılaşdırılıb.

Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır və Birliyin Nizamnaməsinə əsasən Müşahidə Şurası 9 üzvdən ibarətdir.

10.07.2018 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ