Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bank Melli İran" Bakı filialı son maliyyə vəziyyətini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Melli İran" Bakı filialı son maliyyə vəziyyətini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bank Melli İran" Bakı filialı 2018-ci ilin birinci yarısını 1 milyon 383 min manat xalis mənfəətlə başa vurub.

 

“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar – iyun dövründə filialın faiz gəlirləri 1 milyon  480 min manat, faiz xərcləri isə 52 min 226 manat təşkil edib.

 

Həmçinin filial 162 min 353 manat haqq və komissiya gəlirləri əldə edib. Bundan başqa ehtiyatlardan 331 min 981 manat azad olub.

 

"Bank Melli İran" Bakı filialı 2017-ci ilin birinci yarısını 750 min 502 manat xalis mənfəətlə bağlamışdı. Həmin dövrdə filialın faiz gəlirləri 1 milyon 465 min manat, haqq və komissiya gəlirləri 97 min 290 manat təşkil etmişdi.

 

Filial 2018-ci ilin 1-ci yarısını xalis mənfəətlə başa vurduğundan yığılmış zərər 22 milyon 614 min manatdan 21 milyon 228 min manata düşüb.

 

"Bank Melli İran" Bakı filialının müştərilərə verdiyi kreditlər cüzi azalıb. 2017-ci ilin sonunda 3  milyon 355 min manat təşkil etmiş kredit portfeli 30 İyun 2018-ci il tarixinədək 3 milyon 307 min manata geriləyib. Filialın qiymətli kağızlara investisiyaları isə 18 milyon 204 min manatdan 21 milyon 301 min manata yüksəlib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

11.07.2018 06:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ