Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“İstək” liseyinin şagirdləri köçürülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “İstək” liseyinin şagirdləri köçürülür

 

Təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyəti dayandırılan “İstək” liseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesinə Təhsil Nazirliyində yaradılmış İşçi qrup tərəfindən start verilib.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, 9 iyul tarixindən etibarən şagirdlərin valideynlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey, bölgələrdə isə liseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən digər məktəblərdə yerləşdirmələri üçün şərait yaradılıb. Artıq “İstək” liseyinin 300-ə yaxın şagirdinin yerləşdirilməsi ilə bağlı prosedurlar həyata keçirilib.

 

Digər valideynlər əmin ola bilər ki, Təhsil Nazirliyi bütün şagirdlərin digər məktəblərdə təhsil alması üçün lazımi şəraiti yaradacaq. Valideynlər övladlarının digər məktəblərdə yerləşdirilməsi ilə bağlı çətinlikləri olduğu təqdirdə birbaşa olaraq Təhsil Nazirliyi ilə (0125991155, daxili nömrə 5263) əlaqə saxlaya bilərlər.

 

© Trend

11.07.2018 13:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ