Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Unibank-ın Alman səhmdarı payını satdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank-ın Alman səhmdarı payını satdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Bankı Unibank-dakı payını iki dəfədən çox artırdı


 

Reklam_3_11

Unibankın səhmdarları siyahısında dəyişiklik olub.

 

"Marja" xəbər verir ki, Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankı, digər səhmdarı DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə məxsus olan adlı sənədsiz səs hüququ verən bütün səhmlərini alıb.

 

17 May 2018-ci il tarixində “Unicapital” İnvestisiya Şirkəti ASC tərəfindən rəsmiləşdirilməsi həyata keçirilmiş əqdə əsasən, Milli Depozit Mərkəzi bu səhmlərə mülkiyyət hüququnun ötürülməsini 3 İyul 2018-ci il tarixində qeydə alıb və bunun nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankı, Bankın Nizamnamə Kapitalındakı payını 18,4865 %-dən 44,4748 %-ə qədər çatdırmaqla, 20 551 010 ədəd səhminin mülkiyyətçisinə çevrilib.

 

2018-İN 2-Cİ RÜBÜNDƏ 15 MİLYON MANAT MƏNFƏƏT ƏLDƏ EDİB

 

Unibank 25 ildən çoxdur ki, ölkəmizin bank sektorunda fəaliyyət göstərir. Hazırda respublikanın bütün ərazisini əhatə edən 31 filialdan ibarət xidmət şəbəkəsi ilə bir milyondan artıq müştəriyə xidmət edir. Daim yeni və sərfəli məhsulları ilə seçilən Unibank, öz strategiyasına uyğun olaraq kiçik və orta sahibkarlığın kreditləşdirilməsi, mikro və nağd istehlak kreditlərinin verilməsi, həmçinin qeyri-kredit məhsulları sahəsində dinamik inkişafını davam etdirir. İlin əvvəlindən stabil inkişaf edən bank, kredit və depozit portfeli həcminə görə ölkə bankları arasında ilk onluqda yer alır. Unibank 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb.

12.07.2018 13:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ