Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Elektrik enerjisində kəsintinin səbəbi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektrik enerjisində kəsintinin səbəbi açıqlanıb

Ağsu rayonunun Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb. 

 

Reklam_3_11

Bunu Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. 

 

XXX

 

İyulun 12-də gündüz saat 14:35 radələrində Ağsu rayonunun Bico kəndinə yaxın ərazidə yanğın hadisəsi baş verib.

 

Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, biçilmiş taxıl sahələrindən başlayan yanğın şimal dağlıq ərazilərinə tərəf irəliləyib. Saat 17:30-dək 50 hektardan çox biçilmiş taxıl, quru ot və kol-kos sahələri yanıb.

 

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

 

XXX

 

Bu gün paytaxtın elektrik enerji təchizatında yaranmış problem "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətinin dayanmasına səbəb olub. 

 

Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

Onun sözlərinə görə, saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub. 

 

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.

 

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

Onun sözlərinə görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib:

 

"Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür", - deyə o, qeyd edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Report 

12.07.2018 15:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ