Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Maaşını həyat sığortasına köçürən vətəndaşlar artır - VERGİDƏN AZADDIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maaşını həyat sığortasına köçürən vətəndaşlar artır - VERGİDƏN AZADDIR

3 ildən az olmayan müddətdə həyatın yaşam sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarından (22% və 3%) və gəlir vergisindən azaddır. Bu səbəbdən Azərbaycanda əmək haqqını yaşam sığortasına köçürənlər artır. Bu sığortanı alanlara sərfəli şərlərlə kredit də təklif olunur.

 

Reklam_3_11

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortası növləri üzrə 158 milyon 932 min manat sığorta haqları toplanıb.

 

"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatlarına istinadən xəbər verir ki, könüllü həyat sığortasında artımın səbəbi həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqlarının kəskin artmasıdır. Belə ki, 2018-ci ilin birinci yarısında (6 ay ərzində) həyatın yaşam sığortası üzrə 130 milyon 959 min manat sığorta haqqı toplanıb. 2017-ci ilin birinci yarısında  həyatın yaşam sığortası üzrə 71 milyon 822 min manat sığorta haqqı toplanmışdı. Beləliklə, bu növ üzrə yığımlar 82% artıb.

 

Həyatın yaşam sığortası üzrə yığımlar İyunda 17 milyon 644 min manat artıb. 2018-ci ilk 5 ayında yığımlar 113 milyon 315 min manat təşkil etmişdi.

 

2017-ci ildə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 138 milyon manat təşkil etmişdi. Beləliklə, bu ilin 6 ayındakı yığımlar, ötən ilki cəmi yığımlara yaxınlaşıb.

 

Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.

 

HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR

 

Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.

 

- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.

 

-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.

 

-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.

 

-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.

 

Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.

 

Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir.  Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.

 

HƏYAT SIĞORTASI BAZARINDA LİDER "PAŞA HƏYAT"DIR

 

Azərbaycanda "Atəşgah Həyat", "PAŞA  Həyat" və "Qala Həyat" sığorta şirkətləri fəaliyyət göstərir. 2018-ci ilin 6 ayı ərzində  "Atəşgah Həyat" tərəfindən 28 milyon 165 min manat, "PAŞA Həyat" tərəfindən 144  milyon 614 min manat, "Qala Həyat" tərəfindən 7 milyon 435 min manat sığorta haqları toplanıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Manatla

 

Yığımlar

2017-in 1-ci yarısı

Ödənişlər,

2017-in 1-ci yarısı

Yığımlar

2018-in 1-ci yarısı

Ödənişlər,

2018-in 1-ci yarısı

Həyat sığortası üzrə, o cümlədən:

84 milyon 647 min

61 milyon 12 min

158  milyon 932 min

48 milyon 915,8 min

həyatın yaşam sığortası

71 milyon 822 min

59 milyon 720 min

130 milyon 959 min

48 milyon 186 min

həyatın ölüm halından sığortası

12 milyon 275 min

1 milyon 282 min

26 milyon 295,9 min

729 min

əmək qabiliyyətinin sığortası

495 min 669

0,0

1 milyon 631 min

0,0

sağalmaz xəstəliklərdən sığorta

53 min 359

9850

46,7 min

0,0

annuitet sığortası

00

 

0,0

0,0

 

13.07.2018 11:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ