Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ neft qiymətlərini aşağı salmaq üçün "silahını" işə salır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ neft qiymətlərini aşağı salmaq üçün "silahını" işə salır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın, neft, o cümlədən benzin qiymətlərini aşağı salmaq üçün təcili olaraq strateji xam neft ehtiyatlarını satışa çıxarmağa hazırlaşdığı bildirilir.



 
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hökumətinin, yüksələn benzin qiymətlərini aşağı salmaq üçün ölkənin 660 milyon barrel həcmindəki Strateji Neft Ehtiyatını istifadə etməyi qiymətləndirdiyi bildirilir.

Reklam_3_11


Digər tərəfdən, Rusiyanın energetika naziri Aleksandr Novaka görə, OPEC və tərəfdaşları, ehtiyac olduğu halda hasilatı keçən ay razılaşdırılan gündəlik 1 milyon bareldən daha çox artıra bilər.

 

Həm ABŞ-ın Strateji Neft Ehtiyatını istifadə etməyə hazırlaşdığı, həm də OPEC və tərəfdaşlarının hasilatlarını artıra biləcəkləri barədə xəbərlər ilə neft qiymətləri aşağı düşüb.  

  
Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 34 sent düşərək 70.67 dollara, Brent nefti 45 sent düşərək bareli 74.88 dollara enib. Qiymətlər ötən həftə 2.3 faiz düşüb.  

 

Xam neft qiymətləri, ABŞ-ın İrana yenidən sanksiya tətbiq etməyə başlayacağı və Liviyada hasilatın düşməsinin ardından təklif riskinin artması nəticəsində ötən ayın sonunda üç ilin ən yüksək səviyyəsinə qalxmışdı. Sonra, ABŞ ilə Çin arasındakı ticarət gərginliyinin qlobal tələbi təhdid etməsi səbəbindən qiymətlər geri çəkildi. Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Körfəz bölgəsi üzvləri, azalan qlobal istehsalı bərpa etmək üçün daha çox neft istehsal etmək məcburiyyətində qala bilər.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

ABŞ Prezidenti neft qiymətlərinin yüksək olmasına görə OPEC-i ittiham edir. Donald Trampa görə, OPEC qiymətləri manipulyasiya edir. Tramp OPEC-ə qiymətləri aşağı salmaq üçün təzyiq etsə də, hələ də məqsədinə nail olmayıb. Trampın bir məqsədinin də OPEC-i dağıtmaq olduğu bildirilir.
 

16.07.2018 06:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ