"Azər Türk Bank" maaş kartlarını pulsuz verəcək
(®) Dövlət bankı Azər Türk Bank fəaliyyətinin 23 illiyi münasibətilə hüquqi şəxs və fərdi sahibkarlar üçün xidmət və məhsullar üzrə “Biznesiniz əlavə xərclərsiz!” adlı güzəşt kampaniyasına başlayıb.
Kampaniya ərzində Azər Türk Bankla əməkdaşlığa başlayan təşkilatlara, işçiləri üçün, üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcək və ilk məvacibin köçürülməsi zamanı komissiya tutulmayacaqdır.
Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz tutulmur.
Kampaniya dövründə cari hesabların açılması üçün ödəniş tələb olunmayacaq.
Bundan əlavə, Bank hüquqi şəxs olan müştərilərinə üçillik xidmət müddətli MasterCard Business ödəniş kartı, fərdi sahibkarlara Sahibkar Kartı hədiyyə edir.
Kampaniyanın müddəti 9 sentyabrda bitir.
Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Eləcə də, artıq bankla Whats App vasitəsilə də əlaqə saxlamaq mümkündür - (055) 7770-945
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 d. əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 d. əvvəl
- 17 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
34 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 4 saat əvvəl