İranlı həkimlər Azərbaycan xəstəxanalarında əhaliyə xidmət göstərə bilər
İran ilə Azərbaycan arasındakı qarşılıqlı etimad və müxtəlif sahələr üzrə əlaqələrin inkişafı hər iki xalqın maraqlarına cavab verir.
Bu sözləri müsahibəsində İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Haşimi Qazizadə Azərbaycana səfərinin yekunları haqqında danışarkən deyib. O bildirib ki, Azərbaycanda keçirdiyi görüşlər çox səmərəli olub. Səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün böyük imkanlar var. Azərbaycanın səhiyyə naziri ilə keçirilən görüşdə qərara alındı ki, Pirallahı qəsəbəsində birgə əczaçılıq zavodunun inşası sürətləndirilsin.
Nazir deyib ki, tibbi xidmətlərlə bağlı da fikir mübadiləsi aparılıb və Azərbaycanda xəstəxana tikilməsi məsələsi müzakirə edilib. Eyni zamanda, iranlı həkimlərin Azərbaycanın müxtəlif xəstəxanalarında əhaliyə xidmət göstərməsi məsələsinə də toxunulub. Bununla yanaşı, iranlı və Azərbaycanlı həkimlərin birgə konfranslar təşkil edib təcrübə mübadiləsi aparmaları haqqında razılıq əldə olunub.
İranlı nazir Bakıda çox yüksək səviyyəli və bütün avadanlıqlarla təchiz edilmiş xəstəxanaların olduğunu bildirərək Azərbaycanda səhiyyənin inkişaf etdiyini söyləyib.
Nazir azərbaycanlı həmkarını İrana dəvət etdiyini diqqətə çatdırıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 32 d. əvvəl
- 32 d. əvvəl
- 37 d. əvvəl
-
42 d. əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
46 d. əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 50 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 2 saat əvvəl