Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Sınıq Körpü"nün sərnişin axınına gücü çatmır - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sınıq Körpü"nün sərnişin axınına gücü çatmır - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən gün sosial şəbəkələrdə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun sərnişin xəttində sərhədkeçmə prosesi zamanı müşahidə olunan sıxlığı əks etdirən videotəsvirlər yayımlanıb. Yay mövsümü ilə əlaqədar xaricə və eyni zamanda ölkəmizə səyahət edənlərin sayında ciddi artım müşahidə olunur.

 

Reklam_3_11

Bu barədə Dövlət Gömrük Komitəsindən "Marja"ya daxil olan məlumatda deyilir.

 

Bildirilir ki, xüsusilə iyulun 15-dən etibarən sutka ərzində "Sınıq Körpü" gömrük postunun idxal və ixrac sərnişin xəttləri üzrə 12 minə qədər şəxs gömrük nəzarətindən keçib ki, bu da həmin gömrük postunun buraxılış potensialından dəfələrlə çoxdur:

 

"Nəticədə günün bəzi saatlarında "Sınıq Körpü" gömrük postunun sərnişin keçid xəttində qısamüddətli sıxlıqlar müşahidə olunub. Lakin gömrük orqanları tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində sıxlıq aradan qaldırılır və gömrük posru normal iş rejimində fəaliyyət göstərir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Qeyd edək ki, yaranan sıxlıqlar sadəcə sərnişin keçid xəttlərində qeydə alınır, yük və minik nəqliyyat vasitələrinin keçidində hər hansı problem müşahidə olunmur.

 

Hazırda "Sınıq Körpü" gömrük postu normal iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və avtomobilləringömrük nəzarəti prosesində hər hansı problem yoxdur". 

17.07.2018 09:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ