Fed/Powell: Faizin mərhələli artırlması bu an üçün ən yaxşı yoldur
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell (Jerome Powell) ABŞ Konqresindəki çıxışında faizin mərhələli artırlmasının bu an üçün ən yaxşı yol olduğunu deyib.
"Marja" xəbər veir ki, Pauell açıqlamasında "məşğulluq bazarının güclü olduğu, inflyasiyanın hədəfə yaxınlaşdığı və risklərin balanslı olduğu bir dövrdə, FOMC, mərhələli faiz artımlarını davam etdirməyin ən yaxşı yolu olacağına inanır" ifadəsini istifadə edib.
Pauell işsizlik nisbətin daha da aşağı düşməsini gözlədiklərini, Fed-in inflyasiyanı 2% yaxınlığında saxlamaq üçün mübarizə aparacağını dilə gətirib.
Pauell davam edən ticarət müharibələrinin və Trampın vergi güzəştlərinin təsirlərinin əsas qeyri-müəyyənliklər olduğunu qeyd edib.
ABŞ iqtisadiyyatının möhkəm sürətlə böyüdüyünü bildirən Pauell, maaşların da keçən ilə nisbətən daha sürətlə artdığını bildirib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bəzi amillərin də müsbət görünüşə töhfə verdiyini qeyd edən Pauell, "Maliyyə şərtləri iqtisadi artım üçün müsbətdir, bank sistemi böhrandan əvvəlkindən daha güclüdür, maliyyə siyasəti dəstəkləyicidir" ifadələrini istifadə edib.
Sədr, qlobal iqtisadiyyatda mənzərənin də dünyanın bəzi bölgələrindəki qeyri-müəyyənliklərə baxmayaraq güclü qaldığını vurğulayıb.
Cerom Pauelin çıxışı ərəfəsində Dollar bahalaşıb. Saat 19:00-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,23% düşərək 1.1684 səviyyəsinə geriləyib (Dollar bahalaşıb, Avro ucuzlaşıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl