Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neft Fondunun 2018-ci il büdcəsi dəyişdi - 11,5 MİLYARD XƏRCLƏNƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondunun 2018-ci il büdcəsi dəyişdi - 11,5 MİLYARD XƏRCLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirləri 11 milyard 559 milyon 956,2 min manatdan 15  milyard 310 milyon  823,9 min  manata, xərcləri isə 9  milyard 730 milyon 221,8 min  min manatdan 11 milyard 480 milyon  221,8 min manata qaldırılıb. Qısası, gəlirlər 3 milyard 750 milyon 867,7 min  manat, xərclər isə 1 milyard 750 milyon  manat artırılıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:  

Sıra

 №-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

13 307 411,0

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri

4 080,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

17 370,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

1 216 734,8

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

765 228,1

 

Cəmi

15 310 823,9

 

3. Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir: 

Sıra 

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

200 000,0

3.2.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

10 966 000,0

3.3.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

90 000,0

3.4.

Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

176 128,0

3.5.

“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

16 218,0

3.6.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

31 875,8

 

Cəmi

11 480 221,8

 

17.07.2018 16:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ