Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

7 sığorta şirkəti tənəzzüldə

iç səhifə xəbər başlığı altı (mobil)_31
7 sığorta şirkəti tənəzzüldə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-iyun aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb, 1 şirkət ("Naxçıvan Sığorta" ASC) isə ötən ilin yanvar-iyun aylarında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

 

Hesabata əsasən, ötən 6 ayda yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 146 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 11,6 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Xalq Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 6 ayda 3,283 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,4% çoxdur.

 

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Standard Insurance" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 6 ay ərzində 3,868 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 48,85% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 11,7% azalaraq 7,721 milyon manata düşüb.

 

8 sığorta şirkətinin ödənişləri artıb

 

Bu ilin yanvar-iyun aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb və 1 şirkət ("Naxçıvan Sığorta" ASC) 1 il bundan əvvəl bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.

 

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 687 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 10,4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkəti - "Azərsığorta"dır. Bu şirkətin ödənişləri ötən 6 ayda 7,853 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 20,6% çoxdur.

 

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azsığorta" ASC-dədir. Bu şirkət 6 ay ərzində 4,176 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 66,3% azalaraq 9,658 milyon manata düşüb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Renkinq

18.07.2018 06:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ